ÇAPDAN SONRA

LAMİNASİYA XİDMƏTİ

  • SOMTAŞ Avtomatik Laminators - Fəaliyyət sahəsi 1000 mm, 2009-cu il buraxılış Türkiyə istehsalı olan bu avadanlıq məhsulu tam avtomatik şəkildə, Mabeg üsullu termal emal edib üzərini laminasiya qatı ilə örtərək yapışqanlama əməliyyatını da həyata keçirir.


UV LAKLAMA VƏ LAMİNASİYA XİDMƏTİ

  • Roland Record Mabeg+Curing UV 105 – Format ölçüləri 1000x700 mm olan lak maşını. Çapdan sonra məhsulların üzərinin müdafiə məqsədi ilə lakla örtülməsi üçün nəzərdə tutulub.
  • Roland Mabeg NonStop+Curing UV 72 – Format ölçüləri 700x500 mm olan lak maşını. Çapdan sonra məhsulların üzərinin müdafiə məqsədi ilə lakla örtülməsi üçün nəzərdə tutulub.


Nömrələmə və perforasiya

  • ROLAND PRAKTİKA EDELMANN & CO – 1 rəng, ofset çapı, format 64x46 mm, Almaniya istehsalı, 1995-ci il buraxılışı.
  • Morgana Rotary Numbering – nömrə vuran və perforasiya edən avadanlıq. A3+ ölçüyə qədər olan hazır çap işlərinin 8 rəqəmə kimi nömrələnməsi və eyni vaxtda perforasiya olunması üçün nəzərdə tutulmuşdur. Böyük Britaniya istehsalıdır.


Cildləmə

  • HANS MÜLLER AG MARTİNİ – 10 kitab qapağıbı bir anda yapışdıran, 12 bölümlü (192 səh A4,384 səh A5) əl dəymədın çap vərəqlərinin toplanmasını tətbiq edən cildləmə xəttidir. 1990-cı il buraxılışlı Almaniya istehsalıdır.


Fals/Folding (qatlama)

  1. Multi Effect fals maşını. 1992-ci il Almaniya istehsalı olan bu maşın 700x1000 mm formatda kitab və jurnalların rotor üsulu ilə səhifələnib qatlanmasını yerinə yetirir.
  2. Multi Effect fals maşını. 1992-ci il Almaniya istehsalı olan bu maşın 640x800 mm formatda kitab və jurnalların rotor üsulu ilə səhifələnib qatlanmasını yerinə yetirir.
  3. GUK FALZMASCHİNEN. 35x50 formatında kitab qapağı, buklet, broşur və başqa çap məhsullarının qatlama işlərini həyata keçirir.


Cildləmə və köməkçi avadanlıqları.

  • AM GRAPHİCS – 2002-ci ildə İtaliyada istehsal olunan bu maşın A3+ ölçüyə qədər hazır çap məhsullarının termo emalı və cildlənməsi üçün nəzərdə tutulub.
  • Miaoshi XKY404A – Çin istehsalı 2011-ci il, eyni zamanda 2 tikiş əməliyyatını yerinə yetirərək məhsulların cildlənməsini həyata keçirir.
  • Multi effect - Almaniya istehsalı olub,kitabların iplik vasitəsilə tikilməsi üçün istifadə olunur.A4,A5 və A6 formatlarında olan sərt qapaqlı kitablarda istifadə olunur.
  • BŞP-4M markalı yarıavtomat simli (stepler) tikiş maşını-1979cu ildə Kiyevdə istehsal olunub. A4,A5 və A6 formatda olan kitab və jurnalların tikilməsi üçün istifadə olunur.
  • Hans Müller AG-3 bıçaqlı kitab kəsim maşını


Düz kəsim maşınları

  1. PERFECTA SCBNEİDSYSTEME – 2008-ci ildə Almaniyada istehsal olunan bu maşın 115 sm ölçüyə qədər hazır məhsulların kəsimi üçün nəzərdə tutulmuşdur.
  2. 2WOHLENBERG MCS – 2 TV – 1996-ci ildə Almaniyada istehsal olunan bu maşın 92 sm ölçüyə qədər hazır məhsulların kəsimi üçün nəzərdə tutulmuşdur.


Fiqurlu kəsim maşını

  1. HYDRAULİC MOULDİNG CUTTİNG MACHİNE- ПКП-16 markalı 2010cu il Rusiya istehsalı olan bu maşın hidravlik preslə A4+ formatlarda fiqurlu kəsim etmək üçün istifadə olunur
  2. HEİDELBERG - 40x57 ölçülərdə fiqurlu kəsim üçün nəzərdə tutulmuşdur.


Qazanlı kəsim maşını

  • VİCTORİA POLYGRAPH V1040-2 - Almaniya istehsalı olan bu maşın 700x1000 mm formatda məhsulların kəsimi üçün nəzərdə tutlmuşdur.


Soyuq və qızılı çap bölməsi

  1. ORİGİNAL HEİDELBERG CYLİNDER – A2+ ölçüyə qədər məhsulların kəsimi üçün nəzərdə tutlmuşdur.
  2. İŞCAN – 2012-ci il Türkiyə istehsalı maşındır. A4+ formatlarda kitab qapaqları və digər predmetlərdə pres üsulu ilə qızılı çap etmək üçün istifadə olunur.


Qutu yapışdırma maşınları

  • BOBST & SOHN A.G - Almaniya istehsalı 3 nöqtəli qutu yapışdırma maşınıdır. Minimal istifadə formatı 21x60, maksimal 340x800.


Bobində-formata kəsim

  • 2LR-4-120 tipli poliqrafiya maşını – 1995ci il Rusiya istehsalı olub, 120x100 ölçülü, 60qr-500 qr rulon kağızlarının istənilən formatda kəsilməsi üçün istifadə olunur.


Dilimləmə üsulu ilə kəsim

  1. Schiavi (schiavi cesare/costruzioni meccaniche) – 1995ci il italiya istehsalı olan bu maşın istənilən rulon çapının daha kiçik və ya daha ensiz ölçülərə dilimlənərək kəsilməsi üçün istifadə olunur.
  2. Ertan makina - 016 seriyalı 2009-cu il Türkiyə istehsalıdır. Rulonların daha kiçik ölçülərə dilimlənməsi üçün istifadə olunur.


Plastik film və plastik qablaşdırma bölməsi

  1. Extruder - 2008ci il Türkiyə istehsalı olan bu maşın şrinq, film, mağaza və sənaye torbaları, istixanalar üçün polietilen örtüklərinin (müxtəlif içliklərin qabıaşdırılması üçün) istehsalı üçün nəzərdə tutulmuşdur.
  2. Extruder (HDPE/LDPE) -1997ci il Koreya istehsalı olan bu maşın maşın şrinq, film, mağaza və sənaye torbaları, istixanalar üçün polietilen örtüklərinin istehsalı üçün nəzərdə tutulmuşdur. Saatda 220kg istehsal gücünə malikdir.
  3. Extruder(LDPE) - 1998ci il Türkiyə istehsalıdır. Film və troba istehsalı üçün nəzərdə tutulmuşdur.
  4. Extruder (LDPE) -1997ci il Türkiyə istehsalıdır.110 sm enindədir, saatda 60 kg istehsal gücünə malikdir. Film, torba istehsalı üçün nəzərdə tutulur.
  5. Extruder (HDPE) - 2008ci ildə Türkiyənin Akabe firması tərəfindən istehsal edilib. 60sm enindədir. Saatda 55 kg istehsal gücünə malikdir. Marketlərdə istifadə olunan torbaların istehsalı üçün nəzərdə tutulmuşdur.
  6. Extruder (HDPE) – 2010cu il Türkiyədə,Akabe firması tərəfindən istehsal olunan bu maşın 80 sm enə və saatda 80 kg istehsal gücünə malikdir.


Plastik torbaların kəsimi bölməsi

  1. Gür-İş makina-MS-240 – M8 240 markalı 2005ci il Türkiyə istehsalı maşındır. Maksimal eni 40sm olan maykaların, paketlərin kəsilməsində istifadə olunur.
  2. Gür-İş makina TY 900 LP - 2009cu il Türkiyə istehsalı maşındır. Maksimal eni 80 sm olan paketlərin qatlanmasını,təkviyyəsini, sap kəsimini həyata keçirir.
  3. Esmak makina BM 80PF -tipli bu maşın 2003cu ildə Türkiyədə istehsal olunub. 85sm-ə qədər olan paketlərin təkviyyəsi üçün istifadə olunur.
  4. Esmak 94-09 - 2001-ci il Türkiyə istehsalıdır. 65sm.ə qədər olan paketlərin kəsilməsi zamanı istifadə olunur.